Fransada asma körpü çöküb, ölən və yaralananlar var


13:04     18 Noyabr 2019 2019/11/4ae1ee67-af38-45cc-bf53-299c72f6c395_1574068009.jpg

Fransada asma körpü çöküb.


Hadisə Tuluz şəhərinin şimalında qeydə alınıb.

Belə ki, "Mirepoix-sur-Tarn et Bessières" asma körpüsünün qırılması nəticəsində bir yük maşını və iki minik avtomobili çaya düşüb. Ölən və yaralananların olduğu bildirilir.

İlkin məlumata görə, yük maşını asma körpüyə icazə veriləndən artıq yüklə daxil olub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 516