Dördüncü dəfə həbs olunacaq - Əməllərindən nəticə çıxarmadı


12:35     19 Noyabr 2019 2019/11/hebs_yeni-(2)_1573549269.jpg

Quba rayonunda əməliyyat keçirilib.


Femida.az xəbər verir ki, Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də bu cinayət əməllərinə görə üç dəfə həbs olunaraq səkkiz ilə yaxın müddətə məhkumluq həyatı yaşamış rayonun Barlı kənd sakini, 61 yaşlı Fərman Mirişov saxlanılıb.

Polis əməkdaşları tərəfindən onun yaşadığı evə keçirilən baxış zamanı oradan xüsusi aqro-texniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə bitkiləri, eləcə də şüşə bankada və sellofan torbada saxlanılan, ümumi çəkisi yarım kiloqrama yaxın olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Quba rayon polis şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, 2014-cü ildə də Quba Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Mirişov Fərman Sədulla oğluna məxsus 2 sotdan artıq sahədən narkotik plantasiya aşkarlamışdı.

Femida.az

Açar sözlər: #Quba  

Oxunub: 543