Lukaşenko ilə görüntülənən 21 yaşlı gözəl deputat seçildi - Fotolar


14:46     19 Noyabr 2019 19_11_19_1574160601.jpg


Müxalifət nümayəndələri Belarus parlamentinin aşağı palatasının yeni tərkibinə daxil ola bilməyiblər.

Femida.az qafqazinfo-ya istinadən xəbər verir ki, parlamentdə yer tutanlar arasında diqqət çəkən əsas şəxs “Miss Belarus-2018”in qalibi Mariya Vasilyeviç olub. Gözəllik müsabiqəsində qalib olduqdan sonra tez-tez Prezident Aleksandr Lukaşenkonun iştirak etdiyi tədbirlərdə birlikdə görüntülənən Mariyanın vəzifəyə gələcəyi istisna edilmirdi.

Belə ki, Belarus lideri ötən ilin iyulunda Belıniçax rayonuna səfəri zamanı “Rodina” kolxozuna baş çəkmişdi və 21 yaşlı Vasilyeviç də tədbirə qatılmışdı. Onun o zaman orada nə iş gördüyü KİV və sosial şəbəkələrdə sual olaraq qalmışdı.

“Rodina” kolxozunun muzeyini ziyarət edən Lukaşenko, Mariya Vasilyeviçin təsərrüfatın ilk sədrinin masasında oturmağı və zarafatla ona kənd təsərrüfatı müəssisəsinə rəhbərlik etməyi təklif etmişdi.

Daha sonra gənc qız jurnalistlərə bildirmişdi ki, əgər Lukaşenko ciddi danışsa və təklif etibarlıdırsa, o, özünü kənd təsərrüfatında sınamağa hazırdır.

Xatırladaq ki, noyabrın 17-də Belarusda Milli Məclisin Nümayəndələr Palatası - parlamentin aşağı palatası üçün seçkilər keçirilib. Vətəndaşlar 110 deputat seçməli idilər. Parlament seçkilərini ATƏT və MDB missiyalarının nümayəndələri izləyiblər. Ümumilikdə, Belarusda parlament seçkilərinə dörd minə yaxın müşahidəçi qatılıb.











Femida.az

Açar sözlər: #deputat   #Lukaşenko   #Belarus  

Oxunub: 1406