Yağış, qar yağacaq - Nazirlikdən XƏBƏRDARLIQ


16:50     19 Noyabr 2019 1454746804_sabah-azerbaycana-sulu-qar-qar-yagacaq_15649aec2a8dac-xebervar_com.jpg

Ölkə ərazisində hava şəraiti pisləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında noyabrın 20-si axşamdan noyabrın 22-dək havanın qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, arabir intensivləşəcəyi ehtimalı var. Şimal küləyi üstünlük təşkil edəcək.
Havanın temperaturu iqlim normasından aşağı olacaq.

Azərbaycanın rayonlarında noyabrın 20-si axşam şimal və şərq rayonlarından başlayaraq noyabrın 23-dək hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu tədricən 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, xüsusən də Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

Femida.az

Açar sözlər:

Oxunub: 893