"Gender bərabərliyi ilə bağlı hüquqi baza mükəmməlləşib" - Sədaqət Qəhrəmanova


12:02     22 Noyabr 2019 2019/11/75550510_584608772308168_2682972014322384896_n_3148819716.jpg


"Azərbaycanda gender bərabərliyinin həyata keçirilməsi ilə bağlı hüquqi baza mükəmməlləşib".


Femida.az xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib. O, bildirib ki, ilk bələdiyyə seçkilərində üzvlərin cəmi 4 faizi qadınlar idisə, bu gün artıq bu rəqəm 35 faizə çatıb:

"Azərbaycanda gender bərabərliyinin həyata keçirilməsi ilə bağlı bir sıra hüquqi sənədlər mövcuddur. 2000-ci ildə Heydər Əliyev tərəfindən verilən "Dövlət Qadın siyasətinin həyata keçirilməsi haqqında" fərman, 2006-cı ildə gender bərabərliyi, 2010-cu ildə məişət zorakılığının qarşısının alınmasına dair qanunun qəbul olunması bu sahədə atılan önəmli addımlardan idi.

Gender bərabərliyi ilk növbədə ailədə yaranmalıdır. Vətəndaş öz hüququnu bilmirsə, qanunu dərk eləmirsə, onu hər hansı quruma anlatması da çətin olur".



"Təcrübə göstərir ki, qadın iqtisadi gücludürsə , onun hüquqları pozula bilməz. 2011-ci ildən başlayaraq bölgələrdə yaradılan qadın resurs mərkəzləri bu baxımdan çox önəmlidir. Bugün məişət zorakılığı, erkən nigahlar, boşanmalar kimi proseslərin qarşısını almaq üçün bələdiyyələrdə çalışan qadınların da üzərinə böyük iş düşür", - deyə sədr müavini qeyd edib.


Amin Nəzərli
Femida.az

Açar sözlər: #Gender   #Zorakılıq  

Oxunub: 1095