Hazırda cəzaçəkmə müəssisələrində 400-ə yaxın qadın var


13:11     25 Noyabr 2019 2019/11/qadin-hebs_1574673333.jpg

"Bu ilin oktyabr ayında Azərbaycanda 13 qadın məişət zorakılığı zəminində qətlə yetirilib".


Femida.az xəbər verir ki, bunu Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev "Qadınlara və qızlara qarşı zorakılığa son" kampaniyasına həsr olunmuş dəyirmi masada deyib.

Onun sözlərinə görə, cəzaçəkmə müəssisələrində olan qadınlar daha çox dələduzluq və narkotikə görə həbs edilib: "Hazırda cəzaçəkmə müəssisələrində 400-ə yaxın qadın var. Onlar da, əsasən, narkotik və dələduzluq səbəbindən həbs edilir. Buna da onları həyat yoldaşları vadar edir. Ailədə zorakılıq nəticəsində onlar bu yola əl atır. Bu məsələlər araşdırılmalı və səbəbləri bilinməlidir".

Açar sözlər:

Oxunub: 613