İpoteka kreditləri üzrə ödənişlər “ASAN ödəniş” sistemi vasitəsilə də qəbul olunacaq
13:38 25 Noyabr 2019
Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (Fond) vəsaiti hesabına verilən ipoteka kreditləri üzrə annuitet, sığorta və ipoteka kreditlərinə verilmiş zəmanət haqlarının ödənişlərinin Hökumət Ödəniş Portalı (www.gpp.az) ilə yanaşı, “ASAN ödəniş” sistemi vasitəsi ilə aparılması imkanı yaradılıb.
Bu barədə "Femida.az quruma istinadən xəbər verir.
Məlumata görə, sistemin tətbiqi ödənişlərin real vaxt rejimində www.asanpay.azportalı və “ASAN Pay” mobil əlavəsi ilə yanaşı, bu sistemə inteqrasiya edilmiş qabaqcıl ödəniş portalları və 10 mindən artıq ödəniş terminalları vasitəsilə həyata keçirilməsinə şərait yaradacaq.
Xatırladaq ki, fond ölkədə ipoteka kreditləşməsi mexanizminin beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi və ipoteka kreditlərindən faydalanan şəxslərə xidmət səviyyəsinin yüksəldilməsi, informasiya texnologiyalarının geniş tətbiqinin reallaşdırılması məqsədilə ardıcıl olaraq müvafiq tədbirlər həyata keçirir.
Femida.az
Oxunub: 653
Oxşar xəbərlər
- İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb
- İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr müavini təyin edilib
- İpoteka krediti alanların aylıq gəlirinin hesablanması qaydası dəyişib
- İpoteka krediti olanların NƏZƏRİNƏ - Borclar belə restrukturizasiya olunacaq
- İpoteka və Kredit Zəmanət Fondu vətəndaşlara müraciət etdi
- İpoteka və Kredit Zəmanət Fondu açıqlama yayıb
- İpoteka və Kredit Zəmanət Fondu üzrə ödənişlər “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçiriləcək
- İpoteka və Kredit Zəmanət Fondu 17 milyon manat mənfəət əldə edib - 9 ayda
- İpoteka Fondunun mənfəəti 29% artıb
- İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı yüz milyon manat artırılıb