Ödəmə vaxtı keçmiş kreditlərin məbləği açıqlandı


19:38     25 Noyabr 2019 dollarla-krediti-olanlar-ne-etmeli-ekspert-reyi-620x400.jpg


Oktyabrın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 14 milyard 211,3 milyon manat təşkil edib.


Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, ümumi kredit portfelinin 11 milyard 563,1 milyon manatı və ya 81,4 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,6 faizi banklar, 2,4 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 447,3 milyon manat olub və ümumi kredit portfelinin 10,2 faizini təşkil edib.

Femida.az

Açar sözlər: #kredit  

Oxunub: 655