Bakı-Quba yolunda iki maşın toqquşub, ölən və xəsarət alan var


20:19     30 Noyabr 2019 19_11_30_1575130810.jpg

Bu gün axşam saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın Gəndob kəndi ərazisində qeydə alınıb. "Mercedes" və " VAZ 2107" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər də xəsarət alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 660