Hindistanda polis həmkarlarını atəşə tutub, ölənlər var


16:44     04 Dekabr 2019 2019/12/silah12_1575464305.jpg

Hindistanın orta bölgəsindəki Çattisqarh ştatının Narayanpur dairəsində Hindistan – Tibet Sərhəd Polis Gücü (İTBP) düşərgəsində polis nəfərinin qəflətən həmkarlarına xidməti silahından atəş açması nəticəsində 6 nəfər ölüb, 2 nəfər də yaralanıb.


Femida.az NDTV-yə istinadən xəbər verir ki, ştat mərkəzi Raipur şəhərinin 350 kilometrliyində baş verən hadisə zamanı polis baş müfəttişinin bildirdiyinə görə, 5 həmkarını öldürən konstebl Məsudul Rəhman daha sonra özünü güllələyib.

Hadisənin səbəbləri araşdırılır. İlkin ehtimala görə, atəş açan polis ona məzuniyyət verilmədiyi üçün əsəbiləşibmiş.

Yaralananlar Raipurdakı xəstəxanaya yerləşdiriliblər.

Femida.az

Açar sözlər:

Oxunub: 619