Hakimliyə namizədlərlə yazılı imtahan keçiriləcək


09:04     05 Dekabr 2019 2019/12/1C7B7A8E-B0A2-4477-BEF0-65B436467DE2_1575521637.jpeg

Hakimliyə namizədlərlə keçirilmiş test imtahanında müvəffəqiyyət qazanmış 108 namizədlə yazılı imtahan dekabrın 14-də saat 11:00-da Dövlət İmtahan Mərkəzinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28) keçiriləcək.

Hakimlərin Seçki Komitəsindən Femida.az-a bildiriblər ki, namizədlər “İmtahana buraxılış vərəqəsi”ni Məhkəmə-Hüquq Şurasının internet saytı vasitəsilə (jlc.gov.az) elektron qaydada, yaxud Hakimlərin Seçki Komitəsindən bütün iş vaxtı ərzində əldə edə bilərlər.
İmtahan yerinə saat 10:00-dan gec olmayaraq gəlmək lazımdır. İmtahana gələrkən namizədlər şəxsiyyət vəsiqəsini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq təqdim etməlidirlər. Əks təqdirdə namizəd imtahana buraxılmayacaq. Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62.


Femida.az

Açar sözlər: #Hakim   #imtahan  

Oxunub: 791