25 yaşlı qadın evində ölü tapıldı


12:32     05 Dekabr 2019 19_12_05_1575534856.jpg

Abşeronda evdən 25 yaşlı qadın meyiti tapılıb.



Abşeron rayon prokurorluğundan Femida.az- a verilən məlumata görə, 1994-cü il təvəllüdlü Firuzə Verdiyevanın meyiti yaşadığı evdən tapılıb.

Abşeron Rayon Polis İdarəsi və rayon prokurorluğu əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Araşdırma zamanı məlum olub ki, F.Verdiyeva epilepsiya xəstəliyindən əziyyət çəkib və 25 yaşlı qadının həmin xəstəlikdən öldüyü müəyyənləşib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 473