Uşağın əli ətçəkən maşında qaldı, FHN-i köməyə çağırdılar


17:55     11 Dekabr 2019 2019/12/2016--1576070199_1576071215.jpg

Xaçmaz rayonunda azyaşlının əli ətçəkən maşında sıxılı vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Femida.az-a verilən məlumata görə, bu barədə FHN-in "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri həkim nəzarəti altında azyaşlının əlini ət maşınından çıxarıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 570