Daha 132 vərəsəyə birdəfəlik ödəmə veriləcək


11:38     16 Dekabr 2019 2019/12/soldier_azerbaijan_110319_1576482012.jpg

Yaxın günlərdə 86 şəhidin 132 vərəsəsinə də 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Femida.az-a verilən məlumata görə, Komissiyanın növbəti qərarına əsasən yaxın günlərdə daha 86 şəhidin 132 vərəsəsinə birdəfəlik ödəmə veriləcək.

Birdəfəlik ödəmə vərəsələrin bank hesablarına köçürüləcək və bu barədə onlara rəsmi bildiriş göndəriləcək.

Məlumat üçün bildirək ki, şəhid hərbi qulluqçulardan və daxili işlər orqanlarının şəhid olmuş əməkdaşlarından ibarət olmaqla 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüquqlarının olduğu müəyyən edilib. Onlardan artıq 11 877 şəhidin 17 690 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatı işləri aparılıb.

Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramının icra səviyyəsi artıq 97 faizə çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 536