İpoteka və Kredit Zəmanət Fondu üzrə ödənişlər “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçiriləcək
10:17 17 Dekabr 2019
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi “ASAN ödəniş” sisteminin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işləri davam etdirir.
Agentlikdən Femida.az-a verilən məlumata görə, İpoteka və Kredit Zəmanət Fondu üzrə ödənişlər “ASAN ödəniş” sisteminə uğurla inteqrasiya olunub.
Bundan sonra ipoteka və kreditlərlə bağlı standart aylıq ödəniş, müddətin qısaldılması ilə aylıq ödənişin saxlanılıması üçün əlavə ödəniş,müddətin saxlanılması ilə aylıq ödənişin azaldılması üçün əlavə ödəniş, kreditin bağlanılması üçün tam ödəniş, zəmanət haqqı, əmlak sığortası ödənişi,həyat sığortası üzrə ödəniş, əmlak sığortası üzrə əlavə ödəniş, fərdi qəza (həyat) üzrə əlavə ödəniş, aylıq kirayə ödənişi və borcun bağlanılması üçün tam ödəniş kimi ödənişləri “ASAN ödəniş” sistemi vasitəsilə ödəmək mümküdür.
“ASAN ödəniş” sistemi Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2014-cü il tarixli 110 nömrəli Fərmanına əsasən yaradılıb.
Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 96 məhkəmə orqanı, 7 publik hüquqi şəxs, dövlətə məxsus 9 hüquqi şəxs və 2 özəl təşkilat olmaqla, 223 qurumunun cərimə, vergi, rüsum, kommunal, lizinq, kredit, xidmət haqqı və digər istiqamətlərdə 570 xidmət üzrə ödənişləri “ASAN ödəniş” sistemi vasitəsi ilə həyata keçirilə bilər.
Müvafiq ödənişləri www.asanpay.az ödəniş portalı, mobil tətbiqləri və terminalları, "Elektron hökumət" portalı eləcə də, sistemə qoşulmuş 10 000-dən artıq ödəniş terminalı, respublika ərazisində fəaliyyət göstərən ən qabaqcıl ödəmə portalları, internet və mobil bankçılıq xidmətləri vasitəsilə nağd və ya nağdsız qaydada həyata keçirmək mümkündür.
Femida.az
Oxunub: 700
Oxşar xəbərlər
- İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb
- İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr müavini təyin edilib
- İpoteka krediti alanların aylıq gəlirinin hesablanması qaydası dəyişib
- İpoteka krediti olanların NƏZƏRİNƏ - Borclar belə restrukturizasiya olunacaq
- İpoteka və Kredit Zəmanət Fondu vətəndaşlara müraciət etdi
- İpoteka və Kredit Zəmanət Fondu açıqlama yayıb
- İpoteka və Kredit Zəmanət Fondu 17 milyon manat mənfəət əldə edib - 9 ayda
- İpoteka kreditləri üzrə ödənişlər “ASAN ödəniş” sistemi vasitəsilə də qəbul olunacaq
- İpoteka Fondunun mənfəəti 29% artıb
- İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı yüz milyon manat artırılıb