Dələduzluq edən şəxs ələ keçdi


15:49     17 Dekabr 2019 2019/12/71f01bc2-8792-4436-b080-b0f643c9ca23_1576583444.jpg

Ağsu sakini 3600 manatlıq dələduzluq edib.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən Ağsu rayon sakini Əmirxan Əmirov saxlanılıb.

Araşdırmalar zamanı Ə.Əmirov Ağsu rayon sakini Asəf İmanov adlı şəxsi aldadaraq onun üzləşdiyi bir problemi həll edəcəyi vədi ilə bunun müqabilində ayrı-ayrı vaxtlarda 1100 manat pulunu alaraq onu aldatdığı məlum olub.

Ətrafında aparılan araşdırmalar nəticəsində Ə.Əmirovun müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlardan dələduzluq yolu ilə ümümilikdə 2500 manat pulu alaraq aldatdığı da müəyyən edilib.

Qeyd edək ki, Ə.Əmirovun analoji cinayətlər törətdiyi istisna edilmir. Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Ağsu RPŞ-yə və ya şəhər telefonlarından (02022) 6-51-23 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 532