Bakıda həbsxanaya heroin keçirilməsinin qarşısı alınıb


19:01     21 Dekabr 2019 2019/12/6668BFEC-D19F-4912-A6BF-60A5D81C9D52_1576940136.jpeg

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Femida.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.4-cü maddələrinə əsasən 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum İbadov Ruslan Səmid oğlu ilə qısamüddətli görüşə gəlmiş xalası oğlu Şabran rayon sakini Məmmədov İlkin Hürmət oğlunun üzərinə baxış keçirilən zaman şalvarının cibində gizlətdiyi 1 ədəd bükülüdə 0,091 qram narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 811