Mobil məhkəmə tətbiqi rəsmən istifadəyə verilib


11:38     24 Dekabr 2019 2019/12/mobil_mehkeme_1577173296.jpg


Ədliyyə Nazirliyi tərəfindən hazırlanan mobil məhkəmə tətbiqi bu gündən rəsmən istifadəyə verilib.


Femida.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi tərəfindən keçirilən tədbirdə məlumat verilib.

Nazirliyin İnsan Hüquqları və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova bildirib ki, bu Ədliyyə sahəsindəki şəffaflıq yolunda atılmış böyük bir addımdır.

Qeyd edək ki, tətbiq sayəsində vətəndaşlar məhkəməyə getmədən məhkəmə fəaliyyəti ilə bağlı bir sıra işlərini mobil telefon vasitəsi ilə görə biləcək. Bura məhkəməyə yeni sənəd təqdim etmək, məktub yazmaq, məhkəmələr, hakimlər, davam edən və ya qətnamə qəbul edilmiş məhkəmə işləri barədə məlumat almaq və s. xidmətlər daxildir.





Amin Nəzərli
Femida.az


Açar sözlər: #Ədliyyə_Nazirliyi   #Femida   #məhkəmə  

Oxunub: 3596