Tanınmış reper həbs edildi - DİN-dən açıqlama
10:35 27 Dekabr 2019
Daxili İşlər Nazirliyi reper Pərviz Quluzadənin (Paster) saxlanılmasına aydınlıq gətirib.
Femida.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya bildirib ki, ötən gün P.Quluzadə Binəqədi rayonu ərazisində narkotikin təsiri altında ictimai asayişi və ictimai qaydanın pozulmasına yönəlik hərəkətlər edərkən polis əməkdaşları onu intizama dəvət edib. Lakin o, polisin qanuni tələblərinə tabe olmayıb. Bundan sonra o polis tərəfindən saxlanılaraq barəsində toplanmış materiallar Binəqədi rayon Məhkəməsinə göndərilib.
Binəqədi rayon Məhkəməsi tərəfindən P.Quluzadə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilinərək barəsində 30 sutka həbs qərarı çıxarılıb.
Oxunub: 1439
Oxşar xəbərlər
- Tanınmış həkimin anası vəfat etdi - “Qətl olduğunu düşünürük”
- Tanınmış jurnalist vəfat etdi
- Tanınmış ukraynalı jurnalist döyüşlər zamanı həlak olub
- Tanınmış türk iş adamı öldürüldü
- Tanınmış pediatr koronavirusdan öldü
- Tanınmış mədəniyyət xadimlərinin Şuşaya səfəri başa çatıb
- Tanınmış musiqiçi dənizdə boğulub öldü
- Tanınmış azərbaycanlı müğənni koronavirusdan vəfat etdi
- Tanınmış telejurnalistin həkimə qarşı iddiası üzrə ekspertiza təyin edilib
- Tanınmış otellər şəbəkəsinin başçısı vəfat edib