Suriyada döyüşən azərbaycanlının məhkəməsi başlayıb


16:34     03 Yanvar 2020 20_01_03_1578054891.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən İbadov Samir Telman oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Femida.az ın məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı yanvarın 8-nə təyin edilib.

Qeyd edək ki, S. İbadova Cinayət Məcəlləsinin 218.2-ci (218.2. Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Açar sözlər:

Oxunub: 628