Azərbaycan, Dağıstan və İran arasında yeni aviareyslər açılır


13:35     08 Yanvar 2020 teyyareturkiye.jpg

2020-ci ildə Bakı, Mahaçqala və Tehranı yeni aviareyslər bağlayacaq.


Femida.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Mahaçqala aeroportunun Baş direktoru Arsen Pirmaqomedov bildirib ki, artıq tərəflər aviareysin açılması ilə bağlı danışıqlar aparır: "Bu reysin tezliklərini və uçuş cədvəlini müzakirə edirlər".

Xüsusilə, bu uçuşların Mahaçqala Beynəlxalq Hava Limanının bazasında inşa edilən beynəlxalq uçuşların yeni binasının açılışı ilə birlikdə istifadəyə verilməsi planlaşdırılır.

Bununla belə, aeroportun Baş direktor qeyd edib ki, Mahaçqala beynəlxalq qovşaq statusunu qazanmmaqdadır.

Femida.az

Açar sözlər:

Oxunub: 589