Mənzildən 15 minlik qızıl oğurlayan saxlanıldı


13:12     09 Yanvar 2020 2020/01/qizil_1578560432.jpg

Astara şəhər sakini M.Mirzəyeva yanvarın 3-də yaşadığı evdən 15 min manat dəyərində qızıl zinət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət edib.


Femida.az xəbər verir ki, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhəri Binəqədi rayon sakini,əvvəllər məhkum olunmuş Ruslan Bağıyev olduğu müəyyən edilib. Oğurladığı qızılların bir qismi ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 630