Uşağın zorakılığa məruz qalıb-qalmadığını bu yolla anlamaq olar


09:57     10 Yanvar 2020 20_01_10_1578635851.jpg


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqlarla bağlı maarifləndirmə işini davam etdirir. Femida.az-ın məlumatına görə, Komitə uşaqların zorakılğa məruz qalıb-qalmadığını anlamaq üçün əlamətlərin siyahısını hazırlayıb.

Əgər övladınızda aşağıdakı əlamətlərdən bir neçəsi varsa, müvafiq tədbirlər görülməlidir:

- Bədəninin hər hansı bir yerində göyərmə, kəsik, sıyrıq, şişlik qırıq, çıxıq və yaxud yara varsa;
- Bu əlamətləri paltarları ilə gizlətməyə çalışırsa;
- Sağalmayan, səbəbi məlum olmayan yaralar;
- Özünə aid əşyaları itirirsə və evə cırıq paltarlarla gəlirsə;
- Həmişəkindən daha çəkingən, içinə qapanıq, və etinasız, süst olursa;
- Sizinlə və ətrafındakılarla ünsiyyətdən qaçırsa;
- Tək qalmağa meyillidirsə;
- Başqalarına inanmırsa;
- Məktəbə getmək istəmirsə, dərsdən qaçırsa;
- Yuxusunda və iştahında dəyişikliklər varsa
- Yatağını islatma, kəkələmə və nitqində ilişmə, gecə kabusları varsa,
- Təhsil naliyyətlərində geriləmə varsa,
- Anormal sakitlik və ya aqressiv davranma, söz dinləməmək, üsyankarlıq varsa;
-Verdiyiniz suallara yalan cavablar verirsə, hekayələr uydurursa;
- Dinlədiyi musiqidə, çəkdiyi şəkillərdə, yazılarında şiddəti göstərən əlamətlər varsa;
- Vücudunun eybəcər olduğunu, cinsi orqanlarında bir problem olduğunu düşünürsə;
- Oyuncaqları ilə və ya başqa uşaqlarla oynayarkən cinsəllik və zorakılıq ehtiva edən hərəkətlərə üstünlük verirsə, onun zorakılığa məruz qaldığını düşünə bilərsiniz.

Femida.az

Açar sözlər: #AQUPDK   #ValideynQayğısı   #DiqqətliOlaq   #UşaqlarıDiqqətsizQoymayaq  

Oxunub: 1987