YAP-ın deputatlığa 18 namizədi 18-35 yaşlı gənclərdir - STATİSTİKA


13:49     10 Yanvar 2020 yappp6.jpg


Yeni Azərbaycan Partiyası (YAP) bu ilin fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirak etmək üçün irəli sürdüyü namizədlərin sosial tərkibinin statistikasını açıqlayıb.


Femida.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov bildirib.

O qeyd edib ki, bu ilin fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirak etmək üçün YAP-ın irəli sürdüyü namizədlərin sosial tərkibinin statistikası aşağıdakı kimidir:

Namizədin sayı: - 123 nəfər

Qadın - 28 nəfər

Kişi - 95 nəfər

Yaş qrupları üzrə:

18-35 yaş - 18 nəfər

36-45 yaş - 35 nəfər

46-60 yaş - 40 nəfər

60-dan yuxarı - 30 nəfər

Fəaliyyət sahələri üzrə:

Dövlət sektoru - 32 nəfər

Milli Məclisin deputatı - 45 nəfər

Bələdiyyə üzvləri - 6 nəfər

Səhiyyə üzrə - 6 nəfər

Təhsil üzrə - 22 nəfər

Özəl sektor - 10 nəfər

Müvəqqəti işsiz - 2 nəfər

Təhsil üzrə: Ali - 123 nəfər

Elmi dərəcəlilər:

Elmlər namizədi - 22 nəfər

Elmlər doktoru - 21 nəfər

YAP rayon (şəhər) təşkilat sədrləri: - 8 nəfər

Femida.az

Açar sözlər: #YAP  

Oxunub: 569