Avtobusda silahla gəzdiyi deyilən şəxsin kimliyi bilinib


21:07     10 Yanvar 2020 2020/01/3A6D1C76-A304-4119-BB9F-AD203445FD8D_1578676147.jpeg

Bakıda 165 saylı sərnişin avtobusunda üzərində odlu silahla hərəkət etdiyi iddiası ilə sosial şəbəkələrdə görüntüsü yayılan şəxsin kimliyi müəyyənləşdirilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Cinayət Axtarış İdarəsi aparılan araşdırmalar nəticəsində həmin şəxsin Binəqədi rayon sakini, 1983-cü il təvəllüdlü Ruslan Somov olması müəyyənləşdirib.

Baş idarəyə dəvət olunan R.Somovun üzərində daşıdığı əşyanın hər hanası odlu silah yox, balıqçı aləti olması subuta yetirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 800