İddiaçının alimentin artırılması tələbinə dair məhkəmə iclasında iştirakı vacibdir?


18:30     14 Yanvar 2020 20_01_14_1579005681.jpg

Azərbaycanda nikahı pozulan bir çox valideynlər aliment tələbinin artırılması ilə bağlı məhkəməyə müraciət edirlər.

Ancaq bəzi hallarda məhkəmə gedişində müxtəlif səbəblərə görə iddiaçı valideyn iclasa gələ bilmir. Belə vəziyyətdə məhkəmə qətnamə çıxara bilərmi? Ümumiyyətlə, iddiaçının alimentin artırılması tələbinə dair məhkəmə iclasında iştirakı vacibdirmi?

Femida.az -ın məlumatına görə, iddiaçı prosesdə üzrlü səbəbdən iştirak etməyə bilər: "Bu halda o, nümayəndə ilə təmsil olunmalıdır və ya məhkəməyə ərizə ilə müraciət edib bildirməlidir ki, iştirakı olmadan qətnamə çıxarılsın. Ancaq elə hallar ola bilər ki, həmin şəxsin nümayəndəsi bəzi məsələləri bilməsin və buna görə məhkəmə iddiaçının iştirakını zəruri hesab etsin".

Açar sözlər:

Oxunub: 1868


Oxşar xəbərlər