FHN-də 20 yanvar şəhidlərinin xatirəsi anılıb


09:18     18 Yanvar 2020 20_01_18_1579324837.jpg

Fövqəladə Hallar Nazirliyinin qurumlarında və regional mərkəzlərində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım tədbirləri keçirilib.
FHN-dən Femida.az-a bildiriblər ki, anım mərasimlərində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, bu qanlı hadisənin Azərbaycanın azadlıq mübarizəsi tarixində şanlı səhifələrindən biri olduğu xüsusi vurğulanıb.
Qeyd olunub ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı və Sumqayıt şəhərlərinə, eyni zamanda, Azərbaycanın bir çox şəhər və rayonlarına yeridilib, nəticədə çoxlu sayda günahsız mülki şəxs amansızcasına qətlə yetirilib. Faciənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn xalqımızın ümummilli lideri Heydər Əliyev qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış edib. 1993-cü ildə xalqın israrlı tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Ulu Öndərin təşəbbüsü ilə bu hadisəyə siyasi-hüquqi qiymət verilib, həmin tarix Ümumxalq Hüzn Günü elan edilib.
Heydər Əliyev siyasi kursunun mahir davamçısı Prezident İlham Əliyev 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və faciə qurbanlarının ailələrinin ali dövlət qayğısı ilə əhatə olunması istiqamətində mühüm işlər görür.
Toplantıların sonunda Qanlı Yanvar hadisələrindən bəhs edən sənədli filmlər nümayiş olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 612