Əcnəbilərlə nikaha daxil olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


17:19     22 Yanvar 2020 1435921960_nikah.jpg

Ötən il əcnəbilərlə nikaha daxil olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb.

Bu barədə Femida.az -ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2019-cu ildə Azərbaycan Respublikasının vətəndaşları (1.160 qadın, 1.110 isə kişi) ilə əcnəbilər və vətəndaşlığı olmayanlarla 2.270 nikah bağlanıb, habelə 187 nikahın pozulması qeydə alınıb.

Eyni zamanda qeyd olunub ki, 2019-cu ildə Azərbaycanda 63.724 nikah, 17.301 isə nikahın pozulması dövlət qeydiyyatına alınıb.

Açar sözlər:

Oxunub: 928