Sahibkarlar Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı məlumatlandırılacaq
13:10 30 Yanvar 2020
Yanvarın 31-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə kiçik və orta biznes nümayəndələri üçün “Vergi qanunvericiliyinə edilmiş dəyişikliklər və tətbiq olunan yeniliklər” mövzusunda onlayn maarifləndirmə tədbiri keçiriləcək.
Femida.az-ın məlumatına əsasən, Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə təşkil olunacaq onlayn tədbirdə sahibkarlar Vergilər Nazirliyinin nümayəndələri tərəfindən vergi sahəsində dövlət siyasəti və Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər barədə məlumatlandırılacaq, onları maraqlandıran suallar cavablandırılacaqdır.
Onlayn tədbirə ölkənin istənilən yerindən internet vasitəsilə (kompyuter, planşet və mobil telefondan istifadə etməklə) qoşulmaq mümkündür.
KOBİA-nın ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən KOB dostları onlayn tədbirə qoşulmaq istəyən sahibkarlara hər cür dəstək göstərəcəkdir.
Onlayn maarifləndirici tədbirlə bağlı daha ətraflı məlumatı bu linkdən əldə etmək olar - http://bit.ly/38RwDrC
Femida.az
Oxunub: 711
Oxşar xəbərlər
- Sahibkarlar Klubu üzvlərinin sayı 500-ə çatdı
- Sahibkarlara 12,3 milyon manatdan çox pul verildi
- Sahibkarlara 250 manat ödəniləcək - Rəsmi açıqlama
- Sahibkarlar üçün distant formada korporativ hüquq təliminə başlanılıb
- Sahibkarlara maliyyə dəstəyini belə alacaq - VİDEO
- Sahibkarlara güzəştli kredit verilib
- Sahibkarlara 50 milyon manat güzəştli kredit verilib
- Sahibkarlara seminar keçirilib
- Sahibkarlar təlim kurslarına cəlb olunub
- Sahibkarlara xəbərdarlıq