Qobustanda iki qadın dəm qazından zəhərlənib


10:39     31 Yanvar 2020 qaz%20bogulma.jpg

Qobustan rayonunda dəm qazından zəhərlənmə hadisələri baş verib.


Femida.az-ın xəbərinə görə, rayonun Sündü kənd sakini, 1957-ci il təvəllüdlü Qəndilə Abuzərova və Nabur kənd sakini, 1993-cü il təvəllüdlü Ramilə Aydəmirova yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər. Onlar Qobustan və Şamaxı rayon Mərkəzi Xəstəxanalarına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 792