İş vaxtının müddəti nə qədər olmalıdır? - QANUN
16:05 05 Fevral 2020
Fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, heç kim 8 saatdan artıq işləməməlidir. Ölkə başçısı pula qənaət etmək üçün işçiləri 10-12 saat çalışdıran sahibkarların cəzalandırılacağını bildirdi.
Azərbaycan Repsublikasında İş vaxtının növləri və tənzimlənməsi qaydaları Əmək Məcəlləsinə uyğun həyata keçirilir. Femida.az məcəllənin 89-cu maddəsinə əsasən xatırldadır ki, tam iş vaxtı və onun müddəti aşağıdakı kimidir:
1. Tam iş vaxtı müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.
2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.
3. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.
Maddə 90. Həftəlik tam iş vaxtının müəyyən edilməsi
1. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.
2. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər.
3. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.
Amin Nəzərli
Oxunub: 1236
Oxşar xəbərlər
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Samsung Azerbaijan-dan aksiya: köhnə televizoru gətir və yenisini endirimlə əldə et
- “Azərişıq” ASC-yə məxsus 9250 manatlıq naqil oğurlanıb
- Tələbəni vurub öldürən avtobus “BakuBus”a məxsus imiş
- Zərdabda silsilə oğurluqda şübhəli bilinən 3 qadın və 1 kişi saxlanılıb
- Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak olub
- Ağcabədidə 53 yaşlı kişini avtomobil vurub
- Bakıda usta işlədiyi evdə intihar etdi
- Zəngilanın işğaldan azad olunmasının ildönümüdür