Ermənistan Konstitusiya Məhkəməsi erkən buraxıla bilər


15:20     06 Fevral 2020 ermenistan%20xin.jpg

Ermənistan parlamentində Konstitusiya Məhkəməsinin (KM) sədri və üzvlərinin səlahiyyətlərinə erkən xitam verilməsinə dair referendum keçirmək haqqında qanun layihəsi təqdim edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə iqtidardakı “Mənim addımım” fraksiyasının nümayəndəsi olan deputat Vahan Hovakimyan bildirib.

Layihəyə görə Konstitusiyaya düzəlişlərin qəbul edildiyi 2015-ci ildən əvvəl təyin edilmiş KM sədri və üzvlərinin səlahiyyətlərinə xitam verilməklə əvəzində qanuna görə ölkə prezidenti, Nazirlər Kabineti, hakimlərin ümumi yığıncağı tərəfindən təqdim edilənlər təyin olunur.

Baş nazir Nikol Paşinyan Konstitusiya Məhkəməsinin hazırkı sədri Hrayr Tovmasyanın vəzifəyə saxtakarlıqla gəldiyini dəfələrlə bildirmişdi. H.Tovmasyan isə bunu siyasi təzyiq olaraq səciyyələndirib.

Femida.az

Açar sözlər:

Oxunub: 772