Vətəndaşın pulunu dələduzluq yolu ilə alan şəxs saxlanılıb


12:50     08 Fevral 2020 hebs5.jpg

Bakıda dələduzluqla məşğul olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.aza verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini F.Qasımovun 8700 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini M.Mahmudov saxlanılıb.

Onun borclu şəxs qismində axtarışda olduğu da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 607