Bütün veb-kameralar hazırda aktivdir - MSK-dan açıqlama


10:24     09 Fevral 2020 2020/02/1523515116sahin_1581229652.jpg

Mərkəzi Seçki Komissiyası (MSK) 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin bəzi məntəqələrində kameraların üzərinin bağlanması barədə iddialara aydınlıq gətirib.

Femida.az-ın məlumatına görə, MSK-nın Media və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib ki, fotoda görünən təhlükəsizlik kameralarıdır. Onun sözlərinə görə, bu məsələnin MSK-nın quraşdırdığı veb-kameralara heç bir aidiyyəti yoxdur:

“Əvvəllər təhlükəsizlik kameraları ilə bağlı narazılıq olmuşdu. Bütün seçkilərdə təhlükəsizlik kameraları bağlanır. MSK-nın quraşdırdığı veb-kameraların üzərinin bağlanması barədə iddialar isə əsassızdır, bütün veb-kameralar hazırda aktivdir”.

Femida.az

Açar sözlər:

Oxunub: 1147