Azərbaycan SSR Baş Prokuroru, Stalin repressiyalarının qurbanı - Bahadur Vəliyev


10:47     12 Fevral 2020 2020/02/Bahadır-Vəlibəyov_1581490062.jpg

Azərbaycan SSR Baş Prokuroru, dövlət xadimi, Stalin repressiyalarının qurbanı olmuş Bahadur Vəlibəyovun vəfatından 80 il ötür.


Bahadur Vəlibəyov 1894-cü il də Şuşada anadan olub. 1912 ci ildə Bakıda gimnaziyanı bitirdikdən sonra Kiyev Universitetinin hüquq fakultəsinə daxil olub və burada da inqilabi fəaliyyətə başlayıb. 1913-cü ildə inqilabi hərəkata qoşulduğu üçün universitetdən xaric edilsə də, sonradan fakultəsinə bərpa olunmuşdu.

1918-ci ildən Rusiya Kommunist (bolşeviklər) Partiyasının (sonradan Sov.İKP) sıralarına qoşulan B.Vəlibəyov Oktyabr inqilabından sonra Minsk quberniyasının milis kommissarı, Minsk Vilayət Soveti İcrayyə Komitəsinin üzvü, Smolensk Qızıl qvardiya qərargahı hərbi-təsərrüfat idarəsinin kommissarı işləyib. O, Tambov quberniyasında qolçomaq qiyamçılara qarşı vuruşub, 1919-cu ildə Batum, Gəncə və Qarabağda partiya təbliğatı aparıb.

1920-37-ci illərdə o müxtəlif vəzifələrdə çalışıb. AK(B)P Naxçıvan Ölkə Komitəsinin katibi, Azərbaycan SSR Maarif Kommissarının müavini, Ədliyyə komisarı, Naxçıvan MSSR MİK sədri, Vilayət Partiya Komitəsinin Birinci Katibi, Gürcüstan K(b)P Borçalı Qəza Komitəsinin Katibi, Azərbaycan SSR Baş Prokuroru, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının sədr müavini olub.

21 iyul 1937-ci ildə Bahadır Vəlibəyov Vətənə xəyanətdə günahlandırılaraq Azərbaycan SSR Xalq Daxili İşlər Kommissarının müavini, Dövlət Təhlükəsizlik İdarəsi 4-cü şöbəsinin rəisi DT baş leytinantı Qriqoryanın imzaladığı qərarla həbs olunub. B. Vəlibəyovun həbs olunmasına səbəb Azərbaycan kimi Azərbaycanın milli əksinqilabi təşkilata aid olması göstərilmişdi. Bu, təşkilatın fəal iştirakçısı Böyükağa Talıblının izahatı ilə təsdiq edilmişdi. Bahadır Vəlibəyov istintaq müddətində 4 dəfə dindirilmiş, 3 nəfərlə üzləşdirilmişdi. 8 dekabr 1938-ci ildə istintaq başa çatır və Vəlibəyov təkidlə bildirir ki, özünü günahkar hesab etmir. Belə olan halda Vəlibəyovun işi 25 dekabr 1938-ci ildə sona çatır: Atakişiyev və Markaryan tərəfindən imzalanmış ittihamla və Azərbaycan SSR prokrorunun müavini Seliverstovun qərarı ilə iş SSRİ XDİK-nın nəzdindəki xüsusi müşavirəyə göndərilir. 21 iyun 1939-cu ildə SSRİ XDİK xüsusi müşavirəsi Vəlibəyovun işinə baxıb qərara alır ki, B. Vəlibəyovun işi müzakirədən çıxarılsın və əlavə istintaqa verilsin. Məhbus Vəlibəyov SSRİ XDİK istintaq hissəsinin sərəncamına göndərilir.

16 fevral 1940-cı ildə SSRİ Ali Məhkəməsi hərbi Kollegiyasının qapalı iclasında Vəlibəyov ən ağır cəzaya - ölüm hökmünə məhkum edilir və hökm dərhal icra olunur.

Hazırladı: Amin Nəzərli

Femida.az

Açar sözlər: #prokuror   #hüquq   #qanun   #BahadurVəlibəyov   #Stalin   #repressiya  

Oxunub: 2489