Sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə! - İmtahanlarda YENİLİK
11:15 12 Fevral 2020
Nəzəri imtahandan keçdikdən sonra meydançada əyani imtahan verən şəxslərin bilik və bacarıqlarını bundan sonra imtahan götürən müəllimlər deyil, xüsusi texniki vasitələr qiymətləndirəcək.
Bu barədə Femida.az -a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Sumqayıt Regional Qeydiyyat-imtahan şöbəsinin təcrübi imtahanın qəbulundakı yeniliklərdən danışarkən məlumat verib.
O, Baş Dövlət Yol Polisi İdarəsinin Sumqayıt Regional Qeydiyyat-imtahan şöbəsində təcrübi imtahanın qəbulu üçün xüsusi bağlı meydança yaradıldığını bildirib:
“Meydançadakı avtomobillərdən sürücülük vəsiqəsi almaq üçün imtahandan keçmiş şəxslər istifadə edirlər. Meydançada əyani imtahan verən şəxslərin bilik və bacarıqlarını bundan sonra imtahan götürən müəllimlər deyil, xüsusi texniki vasitələr qiymətləndirəcək.
Meydançada quraşdırılan xüsusi detektor əyani imtahan verən şəxsin bilik və bacarığını avtomatik yoxlayacaq və qiymət verəcək. Yəni imtahanlar müasir texniki vasitələrin köməyilə qəbul olunur. Artıq təcrübi imtahanlar şöbənin əməkdaşları tərəfindən deyil, xüsusi texniki vasitələrin köməyi ilə qiymətləndiriləcək.
Bu prosesi və detektorun qiymətini imtahan verən sürücülüyə namizəd özü də xüsusi quraşdırılmış monitor vasitəsilə görəcək. Digər bir yenilik isə ondan ibarətdir ki, orada yaradılan şəraitə uyğun olaraq, eyni vaxtda bir neçə avtomobillə təcrübi imtahan vermək mümkündür. Yəni, eyni anda həm yük maşını, həm minik avtomobili, həm avtobus, həm də motosikletlə imtahan vermək mümkündür”.
Oxunub: 965
Oxşar xəbərlər
- Sürücülük hüququ olmadan narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
- Sürücülük vəsiqəsin özünüzlə daşımağa ehtiyac qalmayacaq
- Sürücülük vəsiqəsi olmadan maşın sürdü, qəza törətdi - ÖLƏN VAR
- Sürücülük etibarnaməsi ilə bağlı vacib YENİLİK
- Sürücülük hüququ olmadan qəza törədən sürücü HƏBS EDİLDİ
- Sürücülük vəsiqələri ilə bağlı - MÜHÜM YENİLİK
- Sürücülük vəsiqələri ilə bağlı XƏBƏR - Dəyişikliklər olacaq
- Sürücülük vəsiqələrinə dəyişiklik qəbul edildi
- Sürücülük vəsiqələrində dəyişiklik ediləcək
- Sürücülük vəsiqələri ilə bağlı yenilik