Valideynlərini itirmiş uşağa və ona baxan şəxsə bu müavinətlər verilir - Hüquqi maarifləndirmə
10:42 13 Fevral 2020
Azərbaycan dövləti valideynlərini itirmiş şəxslərin sosial müdafiəsini təmin edir. Bununla bağlı qanunvericilikdə bir sıra müddəalar var. Bu dəfəki mövzumuzda həmin müddəalarla bağlı ən vacib məqamları diqqətə çatdıracağıq.
1. Vəfat etmiş şəxsin 8 yaşadək uşaqlarına baxan və işləməyən şəxsə aylıq müavinətin təyin edilməsi
Bu xidmət vəfat etmiş şəxsin 8 yaşadək uşaqlarına baxan və işləməyən şəxsə aylıq müavinətin təyin edilməsi və ödənilməsi ilə bağlı münasibətləri əhatə edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” (DOST) və Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir.
Xidmətin hüquqi əsasını “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu, Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları, Prezidentin 2016-cı il 24 iyun tarixli, 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə"nin 1.1 və 3.1.20-ci bəndləri təşkil edir.
Sosial müavinətlər bu sahədə qanunvericiliyə əsasən hüquq qazanan şəxslərə dövlət büdcəsi hesabına verilir. Belə ki, sosial müavinət təyin olunan şəxslər ərizə ilə DSMF-ə müraciət etməlidirlər. Təyin olunmuş müavinət bankda açılmış şəxsi hesablara köçürülür.
2. Vəfat etmiş şəxsin uşağına aylıq müavinətin təyin edilməsi
Yuxarıda qeyd olunandan fərqli olaraq Azərbaycan dövləti Vəfat etmiş şəxsin uşağına aylıq müavinətin təyin edir. Bu xidmətin hüquqi əsası da birinci bənddəki hüquqi sənədlərlə eynilk təşkil edir. DOST Agentliyi və DSMF-ə müraciət nümayəndə vasitəsi ilə (Etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti) və ya şəxsən edilə bilər.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi, ailə başçısının ölüm haqqında şəhadətnaməsi, uşaqların doğum haqqında şəhadətnamələri, vəfat edənin 18 yaşına çatmış əyani təhsil alan (23 yaşdan çox olmamaqla) övladlarının təhsil alması barədə arayış və nikah haqqında şəhadətnamədir.
3. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara kommunal, nəqliyyat və digər xidmətlərə görə aylıq müavinətin təyin edilməsi
Bu xidmətin də hüquqi əsasını “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu və Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” təşkil edir.
DSMF və DOST agentliyi tərəfindən xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər bunlardır:
- Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi
- Uşağın doğum haqqında şəhadətnaməsi
- Valideynlik hüququndan məhrum olma haqqında məhkəmənin qərarı
Qeyd edək ki, hər üç sosial müavinətin təyin olunması üçün vətəndaş tərəfindən hər hansı rüsum ödənilmir.
"İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Hazırladı: Amin Nəzərli
Femida.az
Oxunub: 3601
Oxşar xəbərlər
- 9-cu sinif şagirdini hansı cəza gözləyir? - Vəkil Sadiq Əfəndiyevdən açıqlama
- Şəhid və şəhid ailəsi üzvləri kimlərdir? - Hüquqi yardım
- "Tərtər işi" ilə bağlı hüquqşünas da saxlanıldı
- Bu şəxslərin sürücülük hüququ əlindən alınacaq
- Ukrayna rəsmisi: "2029-cu ildə Aİ-yə tamhüquqlu üzv olacağımıza ümid edirik"
- Geoloji Kəşfiyyat Agentliyi publik hüquqi şəxs yaradılır
- Rusiyada çalışan Azərbaycan vətəndaşlarının pensiya hüququ tanınacaq
- Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasındakı üzvlüyü dayandırılıb
- “Almaniya vizası” adı ilə vətəndaşları aldadan kimdir – ŞİKAYƏT
- ƏDV-dən azad olunan publik hüquqi şəxslərin sayı artırılıb