Gənclərin mübahisəsi bıçaqlanma ilə nəticələndi - Polis araşdırma aparır
09:10 14 Fevral 2020
Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
Femida.az xəbər verir ki, hadisə metronun “Neftçilər” stansiyasının yaxınlığında qeydə alınıb.
1998-ci il təvəllüdlü Nəzirov Röyal Yadigar oğlu tanışı 1997-ci il təvəllüdlü Heydərov Məmməd Əli oğlu ilə əlbəyaxa dava edib. Bu zaman R.Nəzirov bıçaqla M.Heydərova bir neçə zərbə vurub. R.Nəzirov sonda bıçaqla öz ayağına xəsarət yetirib.
Hər iki yaralı təcili tibbi yardım xidmətinin köməkliyi ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Femida.az
Oxunub: 743