BŞİH mitinqlə bağlı növbəti müraciətə cavab verib
14:57 14 Fevral 2020
Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlərin mitinqlə bağlı növbəti müraciətinə cavab verib.
Mitinqin təşkilatçılarından Ruslan İzzətli Femida.az-a verdiyi məlumata görə, mitinqin yenidən 16 fevral 2020-ci il tarixdə, saat 15:00-dan-17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May küçəsi “Neftçi İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında” keçirilməsi təklif edilib.
Qeyd edək ki, bundan əvvəl Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlər seçki ilə bağlı Bakı şəhərində "28 May" metrostasiyasının qarşısındakı meydanda (Cəfər Cabbarlı heykəlinin qarşısı) mitinq keçirilməsi üçün BŞİH-ə müraciət etmişdi.
BŞİH-nın fevralın 12-də mitinqin təşkilatçıları İlqar Məmmədov, Ruslan İzzətli, Fərhad Mehdiyev, Fərəc Kərimov və Günel Səfərovaya göndərdiyi cavab məktubunda bildirilib ki, əhalinin daha sıx hərəkətdə olduğu metro çıxışı olduğu üçün toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinin, metropolitenin iş ahənginin təmin edilməsində problemlər yaradacaq. Alternativ yer olaraq mitinqin 16 fevral 2020-ci il tarixdə, saat 15:00-dan-17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May küçəsi “Neftçi İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında” keçirilməsi təklif edilmişdi.
Oxunub: 650
Oxşar xəbərlər
- BŞİH vətəndaşlara müraciət edib
- BŞİH binalarda dibçəklərin yerləşdirilməsi ilə bağlı sakinlərə çağırış etdi
- BŞİH: Paytaxtın yolları səhərə kimi qardan təmizlənib
- BŞİH qadınların yürüşünə icazə verdi
- BŞİH yaşayış komplekslərinin və MTK-ların rəhbərlərinə xəbərdarlıq edib
- BŞİH-də bağçalarla bağlı müşavirə keçirilib
- BŞİH mitinqlə bağlı müraciətə cavab verib
- BŞİH Bakıda azyaşlıların döyülməsi faktı ilə bağlı araşdırmalara başlayıb
- BŞİH Müsavatın piketlə bağlı müraciətinə cavab verib
- BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib