Bakı polisi “Əsgərə salam” aksiyasına qoşuldu


10:58     19 Fevral 2020 2020/02/f2e6b86e-27d5-4c5c-aae0-3419b77697d9_1582095671.jpg

Paytaxt polisi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yanvarın 17-də start verdiyi “Əsgərə salam” aksiyasına qoşulmaqla Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirir.


Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən Femida.az-a bildirilib ki, soyuq səngərlərdə əldə silah düşmənlə üz-üzə dayanan, öz xidməti vəzifəsini və vətən qarşısında övladlıq borcunu şərəflə yerinə yetirən hərbçilərimizin qəlbinə hərarəti, xalqımızın sevgisi və etibarı, dövlətimizin gücü və qüdrəti verir.

Femida.az

Açar sözlər:

Oxunub: 571