"Prezidentin İtaliyaya səfəri tarixi əhəmiyyət daşıyır" - Hikmət Hacıyev


09:24     24 Fevral 2020 20_02_24_1582521973.jpg


"Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfərini mahiyyət və məzmun etibarilə tarixi səfər adlandıra bilərik".

Femida.az xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərtac-a müsahibəsində deyib.

O, bildirib ki, Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri Azərbaycan və İtaliya arasında əlaqələrin yeni keyfiyyət müstəvisinə qədəm qoymasını təmin etdi:

"Səfər çərçivəsində digər tədbirlər sırasında İtaliya Prezidentinin Sarayında Prezident İlham Əliyevin şərəfinə verilmiş dövlət ziyafətini, dövlət başçıları və nümayəndə heyətləri üçün “2020-ci il - İtaliyada Azərbaycan Mədəniyyət İli”nin açılışı münasibətilə konsert proqramını, İtaliyanın dünya səviyyəsində məşhur olan 10-dan çox ən iri, aparıcı sənaye və maliyyə qruplarının rəhbərləri ilə birgə işçi naharı, Azərbaycan-İtaliya biznes forumunu, Roma şəhər Meriyasına ziyarəti qeyd etmək olar.

Ona görə də bu səfəri mahiyyət və məzmun etibarilə tarixi səfər adlandıra bilərik".

Femida.az

Açar sözlər: #Prezident   #HikmətHacıyev   #İlhamƏliyev   #İtaliya  

Oxunub: 1007