Ərdoğandan təyyarədə Qarabağ açıqlaması


16:03     26 Fevral 2020 2020/02/780x411-baskan-erdogan-azerbaycandan-ayrildi-1582649135887_1582718708.jpeg

Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanındayıq. İşğal altındakı torpaqlar artıq azadlığa qovuşmalı və regiona sülh, sabitlik gəlməlidir.

Bunu Bakıdan qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Məlum Minsk prosesinin başlamasından 25 il ötür. Bu başqatma taktikası ilə nə ABŞ, nə Rusiya problemi həll edib. Minsk Qrupu indiyə kimi həll ortaya qoymayıb, ikili görüşlərdə də heç bir nəticə əldə olunmayıb”, - Ərdoğan bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1908