Gürcüstanın Azərbaycanla sərhədləri bağlaması xəbəri doğru deyil


10:45     27 Fevral 2020 20_02_27_1582785906.jpg

Gürcüstanın Azərbaycanla sərhədləri bağlaması xəbəri doğru deyil.

Femida.az xəbər verir ki, bu barədə APA-ya Gürcüstan Baş Nazirinin Administrasiyasından açıqlama verilib.

Bildirilib ki, bu barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.

"Gürcüstanın koronavirus təhlükəsi səbəbi ilə Azərbaycanla sərhədlərini bağlaması ilə bağlı xəbərlər doğru deyil, məhdudiyyət, sadəcə, İranla gediş-gəlişlərə tətbiq edilib", - açıqlamada bildirilib.

Azərbaycanın Gürcüstandakı səfirliyi də APA-nın yerli bürosuna açıqlamasında Azərbaycan-Gürcüstan sərhədlərinin bağlanması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Açar sözlər:

Oxunub: 441