Gürcüstanda iki azərbaycanlı öldü


05:49     22 May 2015 big_1405422456_qeza.jpg

Mayın 21-də azərbaycanlıların kompakt yaşadığı Saqareco rayonunun Qaracalar kəndində baş vermiş yol-qəzası nəticəsində iki nəfər soydaşımız dünyasını dəyişib və bir nəfər xəsarət alıb.


“Toyota” və “Opel” markalı avtomobillər Qaracalar kəndindən 30-35 kilometr aralıda, Balto kəndi yaxınlığında toqquşub.

Məlumata görə, “Opel” markalı avtomobilin sürücüsü olan Mamuka Kamal oğlu və 20-21 yaşlarında olan sərnişin Əhməd Əsgərov hadisə yerində keçiniblər. Hadisə zamanı yaralanan daha bir sərnişin 28 yaşlı Nadir Şirxan oğlu Saqareco rayon xəstəxanasına yerləşdirilib.

Həkimlər onun vəziyyətini ağır olaraq qiymətləndirirlər.

Hadisə yerinə polis və təcili yardım maşını gəlib. Hadisə ilə bağlı məhkəmə-tibb ekspertizası araşdırma aparır. İlkin məlumata görə, qəzaya yüksək sürət səbəb olub./apa/

Açar sözlər:

Oxunub: 765