Müsavat başqanı da Prezident Administrasiyasına çağırıldı


17:41     29 Fevral 2020 20_02_29_1582969344.jpg


Müsavat Partiyasının başqanı Arif Hacılı Prezident Administrasiyasına dəvət alıb.


Femida.az xəbər verir ki, bu barədə o özü məlumat verib.

"Mənə ünvanlanan suallara cavab olaraq bildirirəm ki, Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə görüş üçün dəvət almışam. Görüş təklifini qəbul etdim.

Bu görüşün Müsavat Partiyasının qərargahında keçirilməsinin siyasi baxımdan daha düzgün olduğunu bildirdim", - A.Hacılı bildirib.

Qeyd edək ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bundan öncə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn və "REAL" Partiyasının sədri İlqar Məmmədovla ayrı-ayrılıqda görüş keçirib.

Femida.az

Açar sözlər:

Oxunub: 650