İstifadəyə yararsız külli miqdarda ördək əti məhv edildi


18:34     02 Mart 2020 2020/03/1583144036741_Lyh5ONQi-(1)_1583155907.jpeg

“Aznur” MMC Belarusdan idxal olunan “Qalereya vkus” əmtəə nişanlı dondurulmuş ördək ətinə qida təhlükəsizliyi sertifikatının verilməsi üçün


Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət edib.

AQTA-dan Femida.az-a daxil olan məlumata görə, Agentlik əməkdaşları tərəfindən məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyasına təqdim edilib. Analizin nəticələrinə əsasən məhsulun tərkibində patogenlər və salmonella aşkarlanıb.

Təhlükəsizlik göstəriciləri texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan xalis çəkisi 317 kq olan “Qalereya vkus” əmtəə nişanlı dondurulmuş ördək əti Sumqayıt “Təhlükəli Tullantılar” poliqonunda məhv edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 756