Azərbaycan XİN Bolqarıstanı təbrik edib


09:51     03 Mart 2020 XIN.jpg

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Bolqarıstanı milli bayram münasibətilə təbrik edib.


Femida.az xəbər verir ki, nazirliyin təbriki “Twitter” səhifəsində yerləşdirilib.

Təbrikdə deyilir: “Milli Bayram münasibətilə dost Bolqarıstan xalqına sülh və çiçəklənmə diləyirik. Biz inanırıq ki, iki ölkə arasındakı ənənəvi dostluq və əməkdaşlıq millətlərimizin rifahı üçün gələcəkdə də inkişaf edəcək”.

Femida.az

Açar sözlər:

Oxunub: 562