Ata-oğulu qətlə yetirməkdə şübhəli bilinən şəxs azadlığa buraxıldı


16:03     03 Mart 2020 hokm.jpg

Yardımlı rayonunda Şəmsəddin Kərimovu və oğlu Elməddini odlu silahla qətlə yetirməkdə şübhəli bilinən Nürəddin Kərimov azadlığa buraxılıb.


Femida.az-ın əldə etdiyi məlumata görə, N. Kərimov 2 gün öncə Yardımlı Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Təcridxanasından azadlığa buraxılıb.

Qeyd edək ki, hadisə fevralın 27-də Yardımlı rayonunun Eçara kəndi ərazisində baş verib. Həmin ərazidə Masallı rayon sakinləri Şəmsəddin Kərimovun və oğlu Elməddinin odlu silahla qətlə yetirilmiş meyitləri aşkar edilib.

Faktla bağlı Yardımlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, fevralın 27-də saat 12 radələrində Nurəddin Kərimov və oğlu Kənan kənd ərazisindəki otlaq sahəsində çəpərləmə işləri apararkən yaxın qohumları olan Şəmsəddin Kərimov və oğlu Elməddin ora gələrək etirazlarını bildiriblər. Yaranmış mübahisə nəticəsində Kənan odlu silahdan atəş açmaqla əmisi Şəmsəddin Kərimovu və əmisi oğlu Elməddini qətlə yetirərək oradan qaçıb.

Hadisə yerindən bir ədəd, Nurəddin Kərimova məxsus fermadan isə iki ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Nurəddin Kərimov saxlanılıb, cinayəti törətməkdə şübhəli bilinən oğlu Kənanın isə tutularaq istintaqa təhvil verilməsi, habelə faktın tam və hərtərəfli araşdırılması məqsədilə təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 538


Oxşar xəbərlər