İşdən azad edilən baş həkim Səhiyyə Nazirliyini məhkəməyə verdi


19:01     03 Mart 2020 1398947325_mehkeme.jpg

Fizuli Rayon Diaqnostika Mərkəzinin keçmiş baş həkimi Cümşüd Məmmədov Səhiyyə Nazirliyini məhkəməyə verib.


Femida.az xəbər verir ki, C. Məmmədov işdən azad olunması barədə əmrin ləğv edilməsini və işə bərpa olunmasını istəyib. Lakin birinci instansiya məhkəməsi onun iddia ərizəsini təmin etməyib.

Bundan sonra C. Məmmədov Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verib.

İşə hakim Vahid Sadıqovun sədrliyi ilə martın 16-da baxılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 4135