Cinayətdə şübhəli bilinən 33 nəfər saxlanılıb


13:52     04 Mart 2020 2020/01/din_esas_1578646645.jpg


Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 15 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 22 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 638